İran Rusiya ilə əməkdaşlıqların genişləndirilməsini regionun stabilliyi üçün zəruri sayır
https://azeri.sahartv.ir/news/İran-i354282-İran_rusiya_ilə_əməkdaşlıqların_genişləndirilməsini_regionun_stabilliyi_üçün_zəruri_sayır
Terrorizm ilə mübarizədə İran və Rusiya arasında strateji əməkdaşlıqların uğurlu keçmişinə toxunan İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani regionda davamlı təhlükəsizlik və stabilliyin yaradılması üçün iki ölkə arasında əməkdaşlıqların gücləndirilməsinin vacib olduğu vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2019 17:10 Asia/Baku
  • İran Rusiya ilə əməkdaşlıqların genişləndirilməsini regionun stabilliyi üçün zəruri sayır
    İran Rusiya ilə əməkdaşlıqların genişləndirilməsini regionun stabilliyi üçün zəruri sayır

Terrorizm ilə mübarizədə İran və Rusiya arasında strateji əməkdaşlıqların uğurlu keçmişinə toxunan İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani regionda davamlı təhlükəsizlik və stabilliyin yaradılması üçün iki ölkə arasında əməkdaşlıqların gücləndirilməsinin vacib olduğu vurğulayıb.

Tehranda Rusiyanın Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşən Əli Şəmxani regionda istənilən sabitsizliyin regiondan kənar ölkələrin xüsusilə də ABŞ-ın istək və iradəsindən irəli gəldiyini vurğulayıb və deyib: "Ayıq-sayıqlıq və davamlı regional əməkdaılıqlar düşmənlərin fitnələrini dəf etməklə yanaşı dinclik və sabitliyi də təmin edə bilər".

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Tehranda "regional təhlükəsizlik danışıqları"nın ikinci iclasının keçirilməsini və Rusiya başda olmaqla iştirakçı ölkələrin də bu iclasda aktiv iştirakını regionda sülh və təhlükəsizliyin qorunması istiqamətində bu ölkələrin yerli qabiliyyətlərdən istifadədə diqqət və qətiyyətli iradəsinin göstəricisi kimi səciyyələndirib.

Şəmxani həmçinin, Rusiyaya Əhatəli Müştərək Təşəbbüs Proqramına(ƏMTP) qarşı ABŞ-ın qeyri-qanuni əməlləri qarşısında tutduğu mövqeyinə və ABŞ-ın sədaqətsizliyi  və avropalıların passivliyi nəticəsində İranın nüvə öhdəliklərini azaltması prosesini himayə etməsinə görə təşəkkür edib.

Dövlət rəsmisi deyib: "Əgər avropalılar öhdəliklərinə əməl etməməyə davam edərlərsə, İran da balans yaratmaq üçün növbəti addımları atacaqdır".

Rusiyanın Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də bu görüşdə İranın təşəbbüskarı olduğu regional təhlükəsizlik danışıqlarının davam etməsini sülh və sabitliyin bərqərar olunması istiqamətində region ölkələrinin məsuliyyət hissinin bariz göstəricisi kimi qiymətləndirib.

Suriyada sülh və təhlükəsizliyin bərqərar olunması üçün bütün tərəflərin əməkdaşlığına təkid edən N.Patruşev bu ölkədə terrorizmin yenidən canlanmaması üçün Astana Prosesi çərçivəsində siyasi təşəbbüslərin davam etməsini təyinedici adlandırıb.