Yan 28, 2020 18:13 Asia/Baku
  • İranın NPT-dən çıxması layihəsi İİR İŞM-də
    İranın NPT-dən çıxması layihəsi İİR İŞM-də

İran İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü İranın nüvə silahlarının yayılmaması müqaviləsi- NPT-dən çıxması layihəsinin məclisə daxil olmasından xəbər verib.

Əhməd Əmirabadi Fərahani bu gün məclisin açıq iclasında deyib: İranın nüvə silahlarının yayılmaması müqaviləsi- NPT-dən çıxması layihəsi və İrana qarşı sanksiya tətbiqində Amerika ilə əməkdaşlıq edən ölkələrin tənbeh edilib, cəzalandırılmaları layihəsi məclisin rəyasət heyəti tərəfindən daxil olduğu elan edilən iki layihədir.

Bundan öncə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə anlaşmasındakı avropalı tərəflərə üzünü tutaraq vurğulamışdı ki, əgər İranın nüvə işi BMT Təhlükəsilzik Şurasına gedərsə, İran NPT müqaviləsindən çıxacaqdır.

Almaniya, İngiltərə və Fransa yanvarın 14-də bir açıqlama yayaraq, nüvə anlaşmasında mübahisələrin həlli mexanizmini fəal etdilər.

Tərəflər arasındakı mübahisələrin yerində qalacağı təqdirdə, bu məsələ iki tərəfin vəziyyətini nüvə anlaşmasından öncəki duruma qaytara bilər. Başqa sözlə, İranın nüvə məhdudiyyətləri ləğv və BMT Təhlükəsizlik Şurasının hazırda dayandırılmış qətnamələri bərpa edilə bilər.

 

 

Teqlər