Laricani Dəməşqdə Əsədlə görüşüb
Fev 16, 2020 19:44 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri və Suriya prezidenti Dəməşqdə görüşüblər.
Əli Laricani və Bəşşar Əsəd bu gün bu görüşdə son region hadisələri və müqavimət döyüşçülərinin Surianın şimal-qərb cəbhəsindəki qələbələri barədə məşvərət ediblər.
Laricani və Əsəd həmçinin Suriyada xarici tərəflərin himayə etdikləri terror qrupları ilə mübarizə və onların kökünün bu ölkə ərazisindən kəsilməsi istiqamətində regional həmkarlığın vacibliyini vurğulayıblar.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani Suriyanın yüksək vəzifəli rəsmilərilə görüşmək məqsədilə bu gün bir parlament heyəti ilə Dəməşqə daxil olubdur.