Fev 23, 2020 14:35 Asia/Baku
  • İran və Avstriya xarici işlər nazirləri nüvə anlaşması haqda danışıblar
    İran və Avstriya xarici işlər nazirləri nüvə anlaşması haqda danışıblar

İran və Avstriya xarici işlər nazirləri nüvə anlaşması ilə bağlı son olaylar və avropalı tərəflərin öhdəlikləri barədə danışıblar.

Bir nümayəndə heyətilə Tehrana səfər edən Avstriyanın xarici işlər naziri Aleksandr Şalenberq bu gün səhər İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə müzakirələrinin birinci turuna başlayıb.

Tərəflər səmimi ikitərəfli münasibətlərin inkişafını alqışlayaraq, onun bütün sahələrdə dərinləşdirilməsi və genişləndirilməsini vurğulayıblar.

Nüvə anlaşması ilə bağlı son olaylar və avropalı tərəflərin öhdəlikləri Zərif-Şalenberq müzakirələrinin birinci turunun ən mühüm istiqamətlərindən elan olunubdur.

Avstriyanın xarici işlər naziri İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə də görüşməli və ondan sonra İranın xarici işlər naziri ilə müzakirələrin ikinci turunda iştirak etməlidir.

Hollandiyanın xarici işlər naziri Stef Blok da dünən Tehranda İranın prezidenti və xarici işlər naziri ilə görüşərək, onlarla ikitərəfli əlaqələr, nüvə anlaşması, həmçinin son regional və beynəlxalq olaylar ətrafında fikir mübadiləsi aparıb.


 

 

 

Teqlər