Bir qrup çinli mütəxəssis həkim Tehrana daxil olub
-
Bir qrup çinli mütəxəssis həkim Tehrana daxil olub
Bir qrup çinli mütəxəssis həkim bu ölkənin tibb yardımlarından ibarət yeni yüklə bu gün Tehrana daxil olub.
Çinin İrandakı sərifi Tszyan Hua dünən də Çindən İrana ilk yardım yükünün daxil olduğunu bildirmişdi.
Ötən həftə Çinin Tehrandakı səfirliyi bildirdi ki, İrana "yeni koronavirus"un diaqnozu üzrə beş min sınaq şüşəsi və 250 min maska göndəriləcək.
Çinin xarici işlər naziri “Van İ” dünən İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə telefon söhbətində koronavirusun İranda yayılmasından təəssüflənərək, Çinin bu sahədə İranla elmi həmkarlığa və korona ilə mübarizə üzrə bütün metod və tapıntıları İranın ixtiyarına qoymağa, həmçinin İrana daha artıq ixtisas yardımları göndərməyə hazır olduğunu bildirib.
Çinin xarici işlər naziri həmçinin Çində koronavirusun yayılmasından sonra bu ölkənin hökuməti və xalqının kədəri ilə bölüşən ilk xarici rəsmi kimi İranın xarici işlər nazirinə öz təşəkkürünü bildirib.