Ərəbistan koronavirusu siyasiləşdirməkdən çəkinsin
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ərəbistan başçılarına tövsiyə edibdir ki, koronavirus xəstəliyini siyasiləşdirməkdən və günahı başqasının boynuna atmaqdan çəkinsinlər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi Sputnik xəbər agentliyinin Ərəbistanın səudiyyə vətəndaşlarının paspostlarında giriş möhrünün vurulmamasına dair iddiaları barədəki sualın cavabında deyib: İran Xarici İşlər Nazirliyi bundan öncə bu barədə izahat veribdir və bu sadə mətləbin səudiyyəlilər tərəfindən yenidən qaldırılması təəccüb doğurur.
İran Xarici İşlər Nazirliyinin sözçüsü söyləyib: İran İslam Respublikasının elektron vizaların verilməsi qaydaları İngiltərə, Amerika və Kanada pasportlarına malik olanlar istisna olmaqla bütün ölkələrin vətəndaşları üçün eynidir və bir çox inkişaf etmiş ölkələrin viza sisteminə əsasən, giriş və çıxış möhürlərinin vurulmasından çəkinlir.
Səudiyyə nazirlər şurası dünən keçirdiyi iclasda əsassız bir iddiada İranı koronavirusu yaymaqda ittiham edib və çalışıb ki, bir daha bu xəstəlikdən öz siyasi məqsədləri üçün bəhrələnmiş olsun.
ƏRƏBİSTAN KORONAVİRUSU SİYASİLƏŞDİRMƏKDƏN ÇƏKİNSİN