Mart 17, 2020 19:19 Asia/Baku
  • İran silahlı qüvvələri ölkə boyu 20 səyyar xəstəxana inşasına hazırdır

İran İslam Respublikası Silahlı Qüvvələrinin Koronavirusla Mübarizə Qərargahının sözçüsü bu qərargahın ölkə boyu 20 səyyar xəstəxana inşasına hazır olduğunu bildirib.

İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının səhiyyə və müalicə üzrə rəis müavini və bu qüvvələrin Koronavirusla Mübarizə Qərargahının sözçüsü general Həsən Əraqizadeh silahlı qüvvələrin koronavirusla mübarizə sahəsindəki son tədbirləri barədə belə deyib: Hazırda İranın Silahlı Qüvvələri xəstəxanalarının çarpayılarının 70 faizi koronaviruslu xəstələrə ayrılıb. Həmçinin Qom və Rəştdə İran ordusu və Sepah-ın tabeliyində olan iki səyyar xəstəxana da quraşdırılıbdır.

General Əraqizadə söyləyib: Koronavirusdan irəli gələn infeksiyaların aradan qaldırılması üçün ordu, sepah və polis qüvvələrinin hərbi bölmələri fəaliyyət göstərirlər.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Koronavirusla Mübarizə Qərargahının sözçüsü vurğulayıb: İran İslam Respublikasının Silahlı Qüvvələri İran şəhərlərinə gediş-gəlişin qadağanı və karantinin yaradılması ilə bağlı müstəqil şəkildə heç bir addım atmır.

Bununla bağlı, İranın yol və şəhərsalma naziri Mohəmməd Eslami sərnişin terminalları, hava limanları və dəmiryol stansiyalarında dispanserləşdirmə əməliyyatlarının başlanmasından xəbər verib və deyib ki, Koronavirusla Milli Mübarizə Qərargahının qərarına əsasən, 13 vilayətin çıxışında və şəhərlərin girəcəyində vətəndaşlar dispanseləşdirilirlər.

İranda ilk koronavirus halının aşkar edildiyi zamandan bəri silahlı qüvvələr İranın səhiyyə nazirliyi rəsmilərinin kənarında bu virusla mübarizə üçün iştirak və həmkarlıq ediblər.

İranın səhiyyə nazirliyinin bildirdiyinə görə, indiyədək İranda 14991 nəfər koronavirusa yoluxub. Onlardan təqribən 4996 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır. 853 nəfər isə bu virusa yoluxma nəticəsində həyatını itirib.

İİR SİLAHLI QÜVVƏLƏRİ 20 SƏYYAR XƏSTƏXANA İNŞASINA HAZIRDIR

Teqlər