May 03, 2020 10:46 Asia/Baku
  • Şəmxani: İrana qarşı silah sanksiyası davam edərsə nüvə anlaşması həmişəlik olaraq öləcəkdir

İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, nüvə anlaşmasının halsız vücudu 2231 saylı qətnamədən yan keçmək və İrana qarşı silah sanksiyalarının qanunsuz şəkildə davam etməsi ilə əbədi ölümə gedəcəkdir.

İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bu gün səhər tezdən öz tvitter səhifəsində bildirib ki, sanksiya virusu Ağ Ev-in, tənəzzül etməkdə olan hegemoniyasının yaşaması üçün bir vasitədir. O, soruşub: Avropa hansı tərəfdə durub; abrın qorunması və multilateralizmin gücləndirilməsinin, yoxsa yenidən təhqiri qəbuletmə və unilateralizmə köməyin tərəfində?

ABŞ-ın dövlət katibi Mayk Pompeo son zamanlar iddia edib ki, Vaşinqton 2231 saylı qətnamənin iştiakçısıdır və İrana qarşı silah qadağasının uzadılmasını istəyə bilər.

BMT Təhlükəsizlik Şurasının İrana qarşı silah sanksiyaları 2006 və 2007-ci illərdə İrana silah satışını və İrandan silah ixracatını qadağan etmək üçün tətbiq olundu.

Nüvə anlaşmasından sonra qərara alındı ki, bu sanksiyalr 2020-ci ilin 18 oktyabrından və MAQATE-nin İranın nüvə proqramının dinc mahiyyətli olduğunu təsdiq etməsindən sonra götürülsün.

Teqlər