May 24, 2020 06:14 Asia/Baku
  • Ruhani  islami ölkələrin başçılarını təbrik edib

İran İslam Respublikasının prezidenti ayrı-ayrı müraciətlərdə səadətli fitir bayramı münasibətilə islami ölkələrin dövlət başçılarını, dövlətləri və xalqlarını təbrik edib.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu müraciətlərdə ümidvarlıq edibdir ki, səadətli fitir bayramının hesabına, həmçinin alim və mütəxəssislərin səy və ciddi-cəhdləri vasitəsilə dünya xalqları koronavirus xüsusiyyət təşkil etməklə bəşəriyyətin bu gün üzləşdiyi problem və çətinliklərə qalib gələrək, bütün dünya xalqlarının və müsəlman xalqların günü-gündən artan asayişi, sülhü, təhlükəsizliyi və sağlamlığının bərqərarına səbəb olacaqlar.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani də islami ölkələrin parlament sədrlərinə ünvanladığı müraciətlərdə səadətli fitir bayramı münasibətilə onları təbrik edərək, bildirib: Müasir dünyada islami ölkələrin İslam Dünyasının qarşısında duran problemlər, o sıradan koronavirus böhranı ilə mübarizənin həyata keçirilməsindəki parlament fəaliyyəti və rolu təsirli olubdur.

Bu gün, bir çox islami ölkədə şəvval ayının biri, səadətli fitir bayramı günüdür.

Teqlər