İyun 01, 2020 18:49 Asia/Baku
  • Kənddə avtomobil hissələri istehsalı

Ölkədə istehsal üzrə ikinci yerə malikdir. Bir kənddə bir zavod.

SəhərAzəri xəbər verir, Neyestanək kəndindəki motorqayırma zavodu rəyasət heyətinin sədri Davud Əfşari mübirimizə verdiyi müsahibədə deyib : "Əziz İranımıza lazım olan məhsulların 40 faizindən çoxunu istehsal edirik".

Həmin müsahibənin bəzi məqamları təqdim olunur:

Reportyor: Bura, 1999-cu ildə təsis olunmuş Nain bölgəsinin Neyestanək kəndindəki motorqayırma zavodudur.

Davud Əfşari- rəyasət heyətinin sədri: İldə yüz min ədəd Peykan detalı olan porşen istehsalı ilə başladıq.

Reportyor: İndi bu şirkət daxili avtomobillər üçün ildə bir milyon 800 min ədəd porşen istehsalı imkanına malikdir.

Seyid Məsud Fatemi- zavodun direktoru: Bura, istehsalımızın ən ibtidai sexidir. Tökmə sexi. Daxildə istehsal olunan alüminium külçəsi bu sexə gələrək, xam porşen detalına çevrilir.

Reportyor: Tökülmüş detal kəsmə ilə emal sexinə daxil olur, sonra isə yekun nəzarətə gedir.

Neda Əsli: Laboratoriyamız ixtisad təchizatlarına, o sıradan sıfır tam onda bir mikron dəqiqliyə malik komposterə malikdir. Bu detalları ən yaxşı keyfiyyətlə bazara təqdim etməyə çalışırıq.

Reportyor: İran Xodro və Saypa bu zavodun iki böyük müştərisidir.

Davud Əfşari- rəyasət heyətinin sədri: Hazırda 205 nəfər işlə məşğuldur.

Zavod fəhləsi(kişi): Bu kompleksin bizim kəndimizdə təsis olunmasına görə, sevinirik.

Reportyor: Qadınlar da bu kompleksin istehsalında böyük rola malikdirlər.

Zavod fəhləsi(qadın): Minnətdaram ki, xanımlara etimad edilib və bu şirkətin istehsalı və keyfiyyətinin böyük bir hissəsi xanımlara tapşırılıbdır.

Reportyor: İsfahan vilayəti 200-dən çox avtomobil detalı ilə öncüldür. İstehsal yolununun qarşısında da maneələr mövcuddur.

Davud Əfşari- rəyasət heyətinin sədri: Çox böyük ehtiyaclarımız var. Onlardan biri, likvidlikdir.

İbrahim Əhmədi- İsfahan vilayətinin detalqayırma cəmiyyətinin sədri: Ötən 20 il ərzində istehsal xərcləri 70-90 qat artıbdır. Halbuki avtomobilin və avtomobil detallarının qiyməti təqribən on dəfə qalxıbdır.

Reportyor: Bununla belə, bu şirkət istehsalın sıçrayışı ilinə əsasən, öz işində inkişafı ön plana çəkibdir.

Seyid Məsud Fatemi- zavodun direktoru: Gördüyünüz metal örtük 2-3 ay ərzində düzəldilərək, işə salındı. Ümid edirik ki, burada kəsmə ilə emal üzrə yeni xətlər yerləşdirə biləcəyik.

Davud Əfşari- rəyasət heyətinin sədri: İşə başlamaqdan ötrü bu il məhsullarımızdan azı on faizini ixracat üçün planlaşdıracağıq.

Reportyor: Və beləliklə istəmək feli bu cür hallanır.

Reportyor: Bu zavodun məhsullarının himayə olunacağı təqdirdə, istehsal həcmi ildə bir milyon 800 min detaldan üç milyon ədəddən çox porşen və kronşteynə çatmalıdır.

Reportyor: Rəsul İzədi- IRIB müxbiri, Neyestanək kəndi. Nain bölgəsi.

Teqlər

Şərhlər