ABŞ məhbəsindən azad edilmiş iranlı alim vətənə daxil olub
https://azeri.sahartv.ir/news/İran-i362656-abŞ_məhbəsindən_azad_edilmiş_iranlı_alim_vətənə_daxil_olub
ABŞ məhbəsindən azad edilmiş iranlı alim vətənə daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2020 09:14 Asia/Baku
  • ABŞ məhbəsindən azad edilmiş iranlı alim vətənə daxil olub

ABŞ məhbəsindən azad edilmiş iranlı alim vətənə daxil olub.

SəhərAzəri xəbər verir, Amerikada həbsdə olan iranlı alim və materialşünaslıq mühəndisliyi üzrə Şərif adına Sənaye Universitetinin müəllimi Sirus Əsgəri bu gün İran ərazisinə daxil olub.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Sirus Əsgərini gətirən təyyarənin Amerikadan uçduğunu bildirmişdi.

2019-cu ilin noyabrında Ohayo universitetindəki universitet fəaliyyətlərilə bağlı ticarət sirlərini oğurlamaq ittihamından bəraət qazanan materialşünaslıq mühəndisliyi üzrə Şərif adına Sənaye Universitetinin 59 yaşlı müəllimi Sirus Əsgəri, vizasının Amerikanın miqrasiya idarəsi tərəfindən ləğv edilməsinə görə, həbs olunmuşdu.