İyun 03, 2020 21:09 Asia/Baku
  • Qalibaf: İmam (rəh) Allaha və insanlara inanan bir lider idi

İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, Allaha iman və xalqa inanmağın İmam Xomeyninin(rəh) şəxsiyyətinin iki əsas komponenti olduğunu söyləyib.

SəhərAzəri xəbər verir,İslami Şura Məclisin plenar iclasında çıxış edən Qalibaf, İmam Xomeyninin(rəh) vəfatı münasibətilə başsağlığı verərək, İmam Xomeyninin (rəh) əhatəli müctəhid, müctəhid siyasətçi, həkim siyasətçi və uzaqgörən bir alim olduğunu ifadə etdi.
Qalibaf, İslam İnqilabının bütün məhdudiyyətlərə və sanksiyalara baxmayaraq beynəlxalq istikbara qarşı müqavimət və müstəqilliyin rəmzinə çevrildiyini vurğulayarq, bunun İslam İnqilabının Rəhbəri Ayətullahuluzma Xamaneinin, İmam Xomeyninin(rəh) iki xüsusiyyəti olan Allaha imsn və xalqa inama tabe olması ilə əlaqələndirdi.
Qalibaf, İslam İnqilabının islahat strategiyasının, dünyaya hakim olan ədalətsiz quruluşu şübhə altına aldığını vurğulayaraq, Həzrət İmam Xomeyninin (ə) göstərdiyi istiqamətdə hərəkətlə, Ayətullahuluzma Xaməneyinin rəhbərliyi ilə İran İslam Respublikasının İslam Quruluşunu dünyada daha da gücləndirdiyini bildirdi.

Teqlər

Şərhlər