ABŞ İran gəmiçiliyinə qarşı uğursuz sanksiyalarını yeniləyib
https://azeri.sahartv.ir/news/İran-i362910-abŞ_İran_gəmiçiliyinə_qarşı_uğursuz_sanksiyalarını_yeniləyib
Amerikanın maliyyə nazirliyi bir açıqlamada Vaşinqtonun İran gəmiçiliyinə qarşı sanksiyalarının "yeniləndirilməsindən" xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2020 04:18 Asia/Baku
  • ABŞ İran gəmiçiliyinə qarşı uğursuz sanksiyalarını yeniləyib

Amerikanın maliyyə nazirliyi bir açıqlamada Vaşinqtonun İran gəmiçiliyinə qarşı sanksiyalarının "yeniləndirilməsindən" xəbər verib.

SaharAzeri xəbər verir,Amerika maliyyə nazirliyinin rəsmi saytında yayılan açıqlamaya görə, onsuz da bundan əvvəl sanksiyala məruz edilmiş yüz ədəd yük və konteyner gəmisinin həmin nazirliyin anti-İran sanksiyaları siyahısında olduğunu bildirib.

bundan əvvəl də anti-İran sanksiyalara məruz edilmiş İran gəmiçiliyi ilə əlaqədə olan "Aba", "Əlvan", "Amina", "Andiya", "Ardavan" və "Arezoo" yük gəmilərnin adları həmin yeni siyahıya daxildir.

Amerikanın maliyyə nazirliyi bu gəmilər üçün "İRAN", "Kütləvi qırğın silahlarının yayılması ilə bağlı sanksiyalar qaydaları"- NPWMD və "İranın maliyyə sanksiyası qaydaları"- IFSR kimi üç etiketdən istifadəni təkrarlayıb.

Amerikanın anti-İran sanksiyaları İran İslam Respublikasının bir tapşırıqda beş tankeri uğurla Venesuelaya çatdıra bilməsindən sonra yenilənibdir. Karakas və Tehranın hər ikisi Vaşinqtonun sanksiyaları altındadır.

Bu uğurlu ticarət mübadiləsindən sonra Amerika hədələyərək, bildirmişdi ki, İran əleyhinə yeni sanksiyalar tətbiq edəcəkdir.