Sionistlər İran dronlarının böyük qabiliyyətini etiraf edib
Sionist media İranın döyüş dronları sahəsindəki gözə çarpan irəliləyişlərini etiraf edir.
SəhərAzəri xəbər verir, Bir sionist mediada dərc olunmuş reportajda, İranın strateji silah donanması arasında dronların meydana gəlməsi ilə, ölkəmizin pilotsuz uçuşlarla bağlı gözə çarpan irəliləyişləri etiraf edilib.
Ölkəmizin dronlar texnologiyası sahəsindəki fəaliyyəti keçmişi yarım əsrdən az olsa da, İran İslam Respublikası qısa müddətdə bu sahədə ciddi irəliləyiş əldə edə və beynəlxalq aləmdə ən yaxşı drone güclərindən birinə çevrilə bilmişdir.
Bir çox mütəxəssisin fikrincə, Qərbin 100 illik yolunu İran 30 ildən az müddətdə adlamışdır.
Sionist “Jerosalim Post” qəzeti bir reportajda İranın pilotsuz uçuş aparatları sahəsindəki imkanlarını ətraflı izah edərək, onun bu sahədə dünyanın ən böyük güclərindən biri olduğunu bildirmişdir.