ABŞ-ın İrana qarşı hərbi hərəkətləri geniş şəkildə cavablandırılacaq
İyun 22, 2020 17:18 Asia/Baku
İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının müdafiə sənayesi və silahlı qüvvələrə dəstək sahəsi üzrə müşaviri vurğulayıb ki, Amerikanın Fars Körfəzində İrana qarşı hər cür hərbi hərəkəti geniş cavabla üzləşəcək.
SəhərAzəri xəbər verir, İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının müdafiə sənayesi və silahlı qüvvələrə dəstək sahəsi üzrə müşaviri briqada generalı pasdar Hüseyn Dehqan Əlcəzirə telekanalı ilə müsahibədə bildirib ki, Amerika prezidenti Donald Tramp prezident yox, cinayətkardır. O, deyib: İran heç bir vəchlə Trampla müzakirə etməyəcək.
General Dehqan həmçinin vurğulayıb ki, İran özünün regional siyasətləri və raket sistemi barədə də müzakirə etməyəcəkdir.
Teqlər