İranda 177 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 2 min nəfərdən çox yeni koronavirus xəstəsinin aşkar edilməsi və 177 min nəfərdən çox xəstənin sağalmasından xəbər verib.
SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 628 yeni koronavirus xəstəsi aşkar edilib . 1356 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.
Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 217 min 724 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 109 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on min 239 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyinin sözçüsü qeyd edib ki, indiyədək 177 min 852 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
Dünyada koronavirusa yoluxanların sayı da 9 milyon 733 min nəfəri ötüb keçibdir. Onlardan 492 min 258 nəfər həyatını itirib, Təqribən 5 milyon 266 min nəfər də sağalıb və xəstəxanalardan buraxılıbdır.