İyun 26, 2020 22:24 Asia/Baku
  • «Amerikan insan haqlarının istintaqı və ifşası» kampaniyasına reaksiya

İran Xarici İşlər Nazirliyi «Amerikan insan haqlarının istintaqı və ifşası» həftəsi münasibətilə Amerika rejiminin iqtisadi və müalicə terrorizmindən iranlıların insan hüquqlarına qarşı istifadə üzrə beynəlxalq kampaniyasına reaksiya verib.

SəhərAzəri xəbər verir,İran Xarici İşlər Nazirliyi bu gün bir tvitter mesajında vurğulayıb: İranı işləri idarə etmək üçün öz maliyyə mənbələrinə əlçatanlıqdan məhrumetmədən tutmuş, iranlıların həyatını xilas etmək məqsədilə koronavirusla ilə bağlı səhiyyə vasitələrinin göndərilməsinin qadağan edilməsinədək, Amerika rejimi zəiflik üzündən iranlıların insan haqlarına qarşı/ müalicə və iqtisadi terrorizmdən istifadə üzrə beynəlxalq kampaniyaya rəhbərlik edir.

Ötən əsrin 80-ci onilliyində Amerikanın himayəsilə İranda terror faciələri baş verdi ki, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin tövsiyəsilə 26 iyundan 2 iyuladək olan müddət, İran İslam Respublikası təqvimində «Amerikan insan haqlarının ifşası» həftəsi adlandırıldı.

1981-ci ilin iyun ayında Tehranda İran İslam Respublikası partiyasınn keçmiş ofisinə qarşı terror hücumu, 1987-ci ilin iyun ayında İraqın bəəs rejimi tərəfindən Sərdəştin kimyəvi bombardmanına dəstək, 1988-ci ilin iyununda Amerikanın hərbi gəmisi tərəfindən İranın sərnişin təyyarəsinə birbaşa raketin atılması Amerikanın İrana qarşı insan haqlarına zidd hərəkələridir.

Teqlər