İyul 01, 2020 19:28 Asia/Baku
  • Amerikalı terrorçu hərbçilər bütün regiondan çıxmalıdırlar

İran prezidenti Suriyanın istiqlaliyyəti və suverenliyinə hörməti xələlgəlməz bir prinsip adlandırıb və belə vurğulayıb: Amerikalı terrorçu hərbçilər tez bir zamanda bütün regiondan, xüsusən Suriyadan çıxmalı və Suriya hökumətinin hakimiyyəti onun hər yerini əhatə etməlidir.

SaharAzeri xəbər verir, Həsən Ruhani bu gün axşam Astana prosesinə üzv zəmanətçi ölklərin dövlət başçılarının virtual iclasında Rusiya prezidenti Vladimir Putinə və Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğana xitabən deyib: Amerika rejiminin işğalçı hərbçilərinin Suriya ərazisindəki qanunsuz iştirakları bu ölkə və bütün Qərbi Asiya bölgəsi üçün sabitsizləşdirici amilə çevrilibdir.

Ruhani həmçinin Amerika tərəfindən Sezar adlı qanunsuz və birtərəfli sanksiyaların tətbiqini bu ölkənin Suriyadakı qanunsuz siyasi meyllərinə çatmaq məqsədilə göstərdiyi biabırçı səylərinin davamı adlandırıb. Vurğulayıb ki, Amerika rejiminin bu hərəkəti bir növ iqtisadi terrorizm olaraq, xalqların suverenliyi və insan haqlarını pozur.

İran prezidenti bu iclasda Suriya xalqı xüsusiyyət təşkil etməklə dünyada xalqlara qarşı hər cür sanksiyanı pisləyib və belə qeyd edib: İran İslam Respublikası Suriyanın xalqına və qanuni hökumətinə dəstəklərini daha artıq qüdrətlə davam etdirəcək və Amerika rejiminin bu qanunsuz və qeyri-insani hərəkətləri Suriya ilə müttəfiq və dost ölkələrin iradəsinə heç bir xələl gətirməyəcəkdir.

Ruhani söyləyib: Amerika əmin olsun ki, hərbi təzyiq və terror qruplarına kömək yolu ilə əldə edə bilmədiklərini Suriya xalqını cəzalandırmaq və sanksiya təzyiqi vasitəsilə əldə edə bilməyəcəkdir.

 

Teqlər