İyul 02, 2020 13:12 Asia/Baku
  • İİR XİN: Fars Körfəzi uzun müddətdir, ABŞ-ın cinayətlərinin şahididir

İran Xarici İşlər Nazirliyi İranın sərnişin təyyarəsinin qəsdən vurulmasının ildönümü günündə bildirib ki, Fars Körfəzi uzun müddətdir, ABŞ-ın cinayətlərinin şahididir.

SaharAzeri xəbər verir, İran Xarici İşlər Nazirliyi öz tvitter hesabında «Amerikan insan haqları nədən ibarətdir?» sualını belə cavablandırıb: Amerikan insan haqları, insanları qırmaq barədə tayı-bərabəri olmayan bir öhdəlikdən ibarətdir.

İran Xarici İşlər Nazirliyi bildirib ki, 32 il bundan öncə Amerika qəsdən İranın sərnişin təyyarəsini vurdu və həmin hadisədə 290 nəfər öldürüldü, lakin inidiyə kimi Amerika nə üzr istəyib, nə də ki, xəcalət çəkibdir.

Amerikanın «Vinsens» hərbi gəmisinin 1988-ci ilin iyulunda İranın Bəndər-Abbas şəhərindən Dubaya uçan sərnişin təyyarəsinə iki raket atması nəticəsində təyyarənin bütün 290 sərnişini, o cümlədən 66 uşaq və 53 qadın şəhid oldu.

Teqlər

Şərhlər