İnqilab Rəhbərinin Həniyyənin məktubuna cavabı
İslam İnqilabının Böyük Rəhbəri Həmas hərəkatının siyasi bürosu sədrinin son Fələstin olayları barədəki məktubuna cavabda İranın bu ölkənin məzlum xalqını, həmçinin saxta və qəsbkar sionist rejimin şərinin dəf olunmasını himayə etdiyini vurğulayıblar.
SəhərAzəri xəbər verir, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei Həmas hərəkatının siyasi bürosu sədri İsmail Həniyyəyə ünvanlanan və bu gün yayılan məktubda Fələstin müqavimətinin İslam Ümmətinin başıucalığına səbəb olan Amerikanın və sionist rejimin fitnələrilə mübarizədəki addımlarını yüksək qiymətləndirərək, bildiriblər: Döyüş meydanında ağır məğlubiyyətlərə uğramış zəlil düşmən öz ekspansianist strategiyasını və fələstinlilərin mütləq hüquqlarını pozmağı iqtisadi təzyiq və məzlum Qəzzəni mühasirə etmək, sonra isə müzakirə, sülh və saziş planı ilə izləyir.
Həzrət Ayətullahuluzma Xamenei sonra belə qeyd ediblər: Müqavimət cərəyanı və şücaətli Fələstin xalqı ağıl və təcrübə məntiqi ilə düşmənlərin təhdid və tamahkarlıqlarına dözmədi və keçmişdə olduğu kimi, öz nümunəvi müqavimətilə izzət və şərəf yolunu keçdi və bundan sonra da elə bu düz yolda hərəkət edəcəkdir.
İslam İnqilabının Böyük Rəhbəri bu məktubda düşmənin nəhs planlarının zərərsizləşdirilməsi üçün fələstinli cərəyanların və Fələstin xalqının birliyi və sayıqlığının qorunması vacibliyini vurğulayaraq, belə qeyd ediblər: İran İslam Respublikası keçmişdə olduğu kimi İslam İnqilabının dəyər prinsiplərinə söykənən dini-insani vəzifəsi kimi məzlum Fələstin xalqının himayə edilməsi, onun hüquqlarının bərpası, həmçinin saxta və qəsbkar sionist rejimin şərinin dəf olunması istiqamətində əlindən gələni əsirgəməyəcəkdir.