İyul 07, 2020 18:36 Asia/Baku
  • İranın Şəhid Rezayinejad adına nüvə saytında partlayış təkzib edilib

İranın Atom Enerjisi Təşkilatının Ümumi Diplomatiya və İnformasiya Mərkəzi ölkənin mərkəzində yerləşən Şəhid Rezayinejad adına nüvə saytında partlayışın baş verməsini təkzib edib.

SəhərAzəri xəbər verir, İranın Atom Enerjisi Təşkilatının Ümumi Diplomatiya və İnformasiya Mərkəzi bu gün əks-inqilabçı ünsürlərin İranın Yəzd vilayətində yerləşən Şəhid Rezayinejad adına nüvə saytında partlayışın baş verməsinə dair iddialarının medialarda irəli sürülməsinin ardınca bir məlumat yayaraq bildirib: Bu nüvə kompleksində heç bir hadisə baş verməyib və ölkə xaricindəki əks-inqilabçı ünsürlərin iddiaları terrorist və militarist sionist rejimlə yanaşı olmaq, həmçinin Amerikanın İran xalqına qarşı maksimum təzyiqini müşayiət etmək və ümidsizlik yaratmaq istiqamətindədir.

İranın Atom Enerjisi Təşkilatı həmçinin vurğulayıb: Yaylmış kosmik foto-şəkillər də Şəhid Rezayinejad adına nüvə kompleksinə aid deyildir.Şəhid Daryuş Rezayinejad adına nüvə kompleksi və zavodu ildə 60 ton məhsul gücü ilə iranlı mütəxəssislər tərəfindən rəsmən 2013-cü ildə açılıbdır.

Teqlər