İyul 11, 2020 09:11 Asia/Baku
  • Musəvi:

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: "Dünyada heç bir ölkənin sülhün yaranması və qorunması sahəsində mövqeyi İran İslam Respublikasının rolu ilə müqayisə ediləsi deyil"

SəhərAzəri xəbər verir, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi cümə günü İsfahan şəhərində çıxışı zamanı deyib: "İranlılar tarix boyu sülhsevər insanlar olublar və bunun bariz nümunəsini özünün son missiyasında Bağdada, regionda sülh və saziş yaratmaq üçün səfər etmiş general-leytenant şəhid Qasim Süleymaninin davranış və inanclarında görmək mümükündür". 

İranın dünyada sülh və dostluq yaratmaq istiqamətindəki səylərinə toxunan, Musəvi qeyd edib ki,İranın Əfqanıstana hökumət qurmaq üçün etdiyi yardımlar, həmçinin İraqda sülhün bərqərar edilməsi və Suriyada bütün suriyalıların dialoqu üçün göstərdiyi səylərin hamısı iranlıların sülhsevərliyinə dəlalət edir.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi, düşmənlərin bütün anti-İran təbliğatlarına rəğmən, İran İslam Respublikasının xalqı, hərbi qüvvələri və diplomatlarının dayanıqlı sülhün tərəfdarı olduğunu vurğulayıb.

Teqlər