İyul 11, 2020 19:57 Asia/Baku
  • İranda 217 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 217 min nəfərdən çox COVID-19 xəstəsinin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 397 yeni  koronavirus xəstəsi aşkar edilib. 1739 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirus xəstələrinin ümumi sayı 255 min 117 nəfərə çatıb. O, həmçinin ötən sutka ərzində 188 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on iki min 635 nəfərə çatıbdır.

 

Teqlər

Şərhlər