İyul 12, 2020 14:38 Asia/Baku
  • Düşmənlər özlərinin anti-İran məqsədlərinə çata bilmədilər

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər ki, İran xalqı quruluşa qarşı hər bir hərəkətlə mübarizədə düşməni məyus edəcək. O həzrət vurğulayıblar: Düşmənlərin bu gün etiraf etdikləri kimi, hərtərəfli təzyiqlərə və ən sərt sanksiyalara rəğmən, özlərinin anti-İran məqsədlərinə çata bilməyiblər.

SəhərAzəri xəbər verir, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər İran İslam Şurası Məclisinin üzvləri ilə video-konfrans formasında keçirilən görüşdə «ölkənin güclü bünövrəsi və maddi imkanları»na, həmçinin «xalqın mənəviiyyat və iman qabiliyyətləri»nə istinadla belə qeyd ediblər: Əminəm ki, bütün mövcud problemlər həllolunasıdır və məclis məsələləri prioritet baxımından təsnifata ayırmaq, kənar problemlər yaratmaqdan çəkinmək, eləcə də problemlərin həlli prosesində xalq üçün canla-başla iş görməklə hissolunacaq təsir göstərməlidir.

Həzrət Ayətullahuluzma Xamenei 11-ci çağırış məclisini inqilabdan sonra ən güclü və ən inqilabçı məclis adlandırıb və belə söyləyiblər: Faydalı, ziyalı, çox bacarıqlı, çox imanlı və çox stimullu gənclərin icra keçmişinə malik olan bir qrup inqilabçı müdirin, eləcə də məclis üzvlüyü keçmişinə malik olan bir qrup veteranın kənarında işitrakı, 11-ci çağırış məclisini çox yaxşı və ümidverici məclisə çeviribdir.

İslam İnqilabının Böyük Rəhbəri sonra ölkədəki çox sayda iqtisadi problemləri xəstəliyə bənzədib və eyni zamanda vurğulayıblar ki, güclü bünövrəyə və müdafiə qüdrətinə görə, şübhəsiz, ölkə bu xəstəliyə qalib gəlmək qüdrətinə malikdir.

Həzrət Ayətullahuluzma Xamenei ölkənin bəzi imkanlarını şərh edərək, deyiblər: Minlərlə startap şirkətinin yaradılması, onlarla infrastruktur layihənin icrası, yeni layihələrin ardıcıl şəkildə istifadəyə verilməsi, hərbi sənayedəki heyrətamiz irəliləyişlər və kosmik məsələlərdəki təqdirəlayiq uğurlar, ölkədəki geniş və son dərəcə güclü imkanarın bir hissəsindən istifadənin nəticələridir.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin xalqın koronavirusun birinci dalğası ilə mübarizədəki vaxtlı və fədakarcasına iştirakı, zəif ailələrə mömincəsinə yardım hərəkatındakı olduqca dəyərli xidmətləri və general Soleymaninin son mənzilə yola salınması mərasimindəki əzəmətli və diqqətçəkən iştirakını İran xalqının dərin mənəvi gücünün nümunələri adlandırıb və belə söyləyiblər: Xalq milli və cihadi qüdrətin simvolunun, yəni şəhid Soleymaninin yad edilməsində göstərdi ki, zalım qüvvələrin qarşısında mübarizə və müqavimətə inanır.

Teqlər

Şərhlər