Amerikada iranlı iş adamının üzərindən ittiham götürülüb
Amerikanın federal prokurorları iranlı iş adamının üzərindən ittihamı götürüblər.
SəhərAzəri xəbər verir, Amerikanın federal prokurorları iranlı iş adamı Əli Sədr Haşeminejadın məhkəməsində yetərincə sənəd və faktın təqdim olunmamasına təkid edərək, onun günahsızlığını etiraf ediblər.
Malta ölkəsində yerləşən «Pilatus» bankının iranlı direktoru Sədr Haşeminejad Venesuealada bir tikinti layihəsi vasitəsilə İranla bağlı şirkətlərə Amerikanın maliyyə sistemindən 115 milyon dolların köçürülməsində əli olmaqda ittiham edilibdir.
Amerikalı prokurorlar bundan öncə bildirmişdilər ki, yetərincə faktın olmamasına görə, bu işə xitam verməkdədirlər.
Sədr Haşeminejadın vəkilləri bildiriblər ki, ona ittiham vurulmamalıydı.
Həmin vəkillər vurğulayıblar ki, o, bu işlə bağlı Amerika hökumətinin pis rəftarına layiq deyildi.
Əli Sədr Haşeminejad iki həftə mühakimədən sonra Amerikanın İrana qarşı sanksiyalarını pozmaqda ittiham edildi.
Onun 2018-ci ildə Dallas hava limanında həbs olunması ilə Maltada maliyyə nəzarəti orqanı ona aid olan bankın fəaliyyətini dayandıraraq, təhqiqatlara başladı.
ABŞ prezidenti Donald Tramp bu ölkənin öhdəliklərinə rəğmən, nüvə anlaşmasından çıxdı və İrana qarşı birtərəfli sanksiyaları tətbiq etdi ki, bu da dünya ictimaiyyətinin mənfi reaksiyası ilə üzləşdi.