İyul 19, 2020 13:18 Asia/Baku
  • Ruhani daxili imkanlara söykənməklə problemlərin həllini vurğulayıb

İran İslam Respublikasının prezidenti daxili imkanlara söykənməklə problemlərin həllini vurğulayıb.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının prezidenti Həsən Ruhani bazar günü dövlətin iqtisadi koordinasiya qərargahının iclasında ölkədə qaçılmaz koronavirus pandemiyası məhdudiyyətləri, həmçinin Amerikanın maksimum təzyiqləri, sanksiyaları və iqtisadi savaşından irəli gələn sərt şəraitə işarə ilə söyləyib: İran dövləti xəyali şüarlardan uzaq olan daxili qabiliyyətlərə və real həll yollarına söykənmək, eyni zamanda hazırkı sərt şəraitə realcasına baxmaqla qəti şəkildə ölkə problemlərinin həlli üçün səy göstərəcək.

Ruhani sonra deyib: İran dövləti sərt iqtisadi şəraitin qəbul etdirilməsilə mübarizə illərinin təcrübələrindən bəhrələnməklə xalq, həmçinin iqtisadi ekspertlər və aktivistlərin müşayiəti, eləcə də ölkədəki digər qüvvələrin əməkdaşlığı ilə bu şəraitdən başıucalıqla çıxacaq.

İran İslam Respublikasının prezidenti vurğulayıb: Özünəməxsus və mürəkkəb iqtisadi problem və maneələrə rəğmən, İran bu çətin şəraitdən çıxmaq qüdrətinə malikdir.

 

Teqlər