Sepah-ın «Böyük Peyğəmbər(s.ə.s.)-14» təlim-məşqinin yekun etapı başlanıb
Böyük və birgə «Böyük Peyğəmbər(s.ə.s.)-14» təlim-məşqinin yekun etapı bu gün Sepah-ın dəniz və hava-kosmos qüvvələrinin iştirakı ilə başlanıb.
SəhərAzəri xəbər verir, Bu təlim-məşqlər Hormozqan vilayətinin ümumi bölgəsində, Hörmüz boğazının qərbində və Fars Körfəzində keçiriləcək.
Bu etapda Sepah-ın hava-kosmos qüvvələrinin radar, raket və PUA bölmələri, həmçinin dəniz qüvvələrinin raket, gəmi və PUA bölmələri əməliyyat və ssenarilər icra edəcəklər.
Düşmən mövqelərinə qarşı raket, gəmi və PUA hücumları əməliyyatı, hücum xarakterli minatökmə əməliyyatı, xəyali düşmən gəmilərinin qovşaq xətlərinin kəsilməsi, sahil-dəniz raketlərinin atışı və vertolyotlar tərəfindən raket-döyüş əməliyyatı «Böyük Peyğəmbər(s.ə.s.)-14» təlim-məşqinin yekun etapında həyata keçiriləcək.
Bu təlim-məşqdə ilk dəfə olaraq, «Nur» süni peykindən göndərilən təsvirlərən istifadə olunaraq, təlim-məşq bölgəsinin izlənilməsi əməliyyatı həyata keçiriləcək.
«Nur» süni peyki İran İslam Respublikasının ilk hərbi peyki kimi cari il aprelin 22-də İranın Mərkəzi səhrasından üçetaplı «Qasid» peyki vasitəsilə buraxılaraq, yerin 425 kilometrlik orbitində yerləşdi.