İran Rusiya ilə parlament həmkarlıqlarını genişləndirməyə hazırdır
Tehran Rusiya ilə parlamentlərarası əməkdaşlıqları genişləndirməyə hazırdır
İran İslam Respublikası Rusiya ilə parlamentlərarası əməkdaşlıqları genişləndirməyə tam hazırdır.
SəhərAzəri-nin məlumatına görə, bu sözləri İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf deyib.
Məhəmməd Baqer Qalibaf dünən Tehranda Rusiya Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədri Leonid Slotski ilə görüşüb. Görüşdə iki ölkə əməkdaşlıqlarının bütün sahələr üzrə əməkdaşlıqların genişləndirilməsinə dair strateji müqavilələri xatırladan İran İslam Şurası Məclisinin sədri deyib: İki ölkə əlaqələrin genişləndirilməsi sahəsində bir çox ortaq fürsətlərə malikdir və bu fürsətlərdən hər iki ölkə xalqının xeyrinə bəhrələnmək olar.
Tehran-Moskva strateji əməkdaşlıqlarının tam şəkildə reallaşmasının vacibliyini vurğulayan Qalibaf İran-Rusiya əlaqələrinin təhlükəsizlik sahəsində olduğu kimi digər sahələrdə də gücləndirilməsini zəruri adlandırıb.
Leonid Slotski də deyib ki, İran və Rusiya parlamentləri milli layihələrin işlənib hazırlanmasına, iki ölkənin strateji əməkdaşlıqlarına böyük dəstək ola bilərlər.
Rusiya Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədri həmçinin iki ölkənin Xəzər dənizindəki əməkdaşlıqlarının genişləndirilməsinə təkid edib və deyib: İranla əməkdaşlığın gücləndirilməsi Rusiya prezidenti tərəfindən daima ciddi şəkildə vurğulanır.