Avq 04, 2020 08:19 Asia/Baku
  • İran gündəlik 75 milyon kubmetr qaz ixrac edir

İran İslam Respublikasının neft naziri gündəlik qonşu ölkələrə 75 milyon kubmetr mavi yanacağın ixrac edilməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, İranın neft naziri Bijən Namdar Zəngənə dünən video konfrans formatda keçirilən, 77 kəndə mavi yanacağın verilməsi və Məşhədin qaz kəmərinin gücləndirilməsi xəttinin istifadəyə verilməsi mərasimində deyib: "İran əhalisinin təxminən 95 faizi mavi yanacaqla təmin olunub".

Bijən Namdar Zəngənə bütün təchizatların İran istehsalı və podratçıların iranlı olduğunu bildərərək, deyib: "İranın neft sənayesi ən çətin durumdadır və onun layihələri sanksiya və koronavirys böhranı səbəbindən nəinki dayandırılmayıb, hətta yeni layihələr də başlanıb".

İran qazı İraq, Türkiyə, Ermənistan və Naxşivan Müxtar Respublikasına ixrac edilir.

İran İslam Respublikası dünyanın təbii qaz ehtiyatlarının 18,2 faizinə sahibdir.

Teqlər