Avq 05, 2020 17:05 Asia/Baku
  • İranda 275 min nəfər koronavirusdan sağalıb

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi COVİD-19 infeksiyasına iki mindən çox yeni yoluxma faktının qeydə alınmasından və təxminən 275 min nəfərin bu virusdan sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın Səhiyyə, Mülicə və Tibbi Təhsil Nazirliyinin mətbuat katibi Sima Sadat Lari bu gün koronavirusla bağlı son statistikanı açıqlayarkən, deyib: "İranda qəti diaqnostika meyarlarına əsasən, daha 2 min 697 nəfərdə COVİD-19 infeksiyası aşkarlanıb, onlardan min 331 nəfəri xəstəxanaya yerləşdirilib, qalanları isə ambulator müalicə alaraq, evə buraxılıb.

Larinin sözlərinə görə, İranda koronavirusa yoluxanların ümumi sayı 317 min 483 nəfərə çatıb, son sutkada 24 nəfər həyatını itirib və beləliklədə ölkədə bu virusun qurbanlarının ümumi sayı 17 min 802 nəfərə yüksəlib.

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi hazırkı dövrədək 274 min 932 nəfərin müalicə olunaraq, xəstəxanalardan evə buraxıldığını bildirib.

Dünyada koronavirusa yoluxanların sayı 18 milyon 730 min nəfərə çatıb, onlardan təxminən 705 nəfəri həyatını itirib, ən azı 11 milyon 945 min nəfər isə müalicə olunaraq, xəstəxanalardan evə buraxılıb.

Teqlər