Avq 05, 2020 20:02 Asia/Baku
  • İslam İnqilabının böyük rəhbəri məhkumların cəzalarının əfvi və ya azaldılması ilə razılaşıblar

İslam İnqilabının böyük rəhbəri səadətli Qurban və Qədiri-Xum bayramları münasibətilə ümumi və inqilab məhkəmələri, silahlı qüvvələrin məhkəmə təşkilatı və hökumətin sanksiyaları təşkilatı məhkumlarından iki min 135 nəfərin cəzalarının bağışlanması, azaldılması və ya dəyişdirilməsi təklifi ilə razılaşıblar.

SəhərAzəri xəbər verir, İranın məhkəmə hakimiyyətinin sədri Höccətülislam Seyid İbrahim Rəisi səadətli Qurban və Qədiri-Xum bayramları münasibətilə İslam İnqilabının böyük rəhbərinə ünvanladığı məktubda cinayət işləri əfv və bağışlanma kommissiyasında araşdırılmış və lazımi şəraitə uyğunluğu təsdiqlənmiş məhkumların cəzalarının bağışlanması, azaldılması və ya dəyişdirilməsi təklifini irəli sürüb ki, Həzrət Ayətullahulüzma Xamenei əsas qanunun 110-cu maddəsinin 11-ci bəndinə əsasən, bu təkliflə razılaşıblar.

Keçən cümə günü 1441-ci hicri qəməri ili zilhəccə ayının 10-u, 2020-ci miladi ili iyulun 31-i müsəlmanların böyük bayramlarından biri olan səadətli Qurban bayramı idi.

Həmçinin, gələn şənbə 1441-ci hicri qəməri ili zilhəccə ayının 18-i, 2020-ci il avqustun 8-i müsəlmanların daha bir böyük bayramı olan səadətli Qədiri-Xum bayramıdır.

Teqlər