Beyrutda İranın modul tipli xəstəxanası açılıb
Beyrutda İranın modul tipli xəstəxanası açılıb
Beyrutda İran İslam Respublikasının modul tipli xəstəxanası açılıb.
Sahar Azari bildirir ki, bu xəstəxananın açılışında məqsəd, Beyrut limanında baş vermiş partlayış nəticəsində zərər çəkən insanlara xidmət göstərməkdir.
İran İslam Respublikasının Livandakı səfiri Mohəmməd Cəvad Firuzniya dünən bu xəstəxananın açılış mərasimində deyib ki, Tehran Livana kömək və son partlayışdan sonra Beyrutun bərpasında iştirak etməyə hazırdır.
Belə bir halda, Livana göndərilmiş İranın Qırmızı Aypara Cəmiyyətinin səhiyyə, müalicə və sağlamlaşdırma üzrə sədr müavini Fərid Moradiyan deyib: İranın Beyrutdakı sürətlə yerləşdirilən modul tipli xəstəxanasına triyaj, təcili yardım, cərrahiyyə, reanimasiya, stasionar və bu xidmətlərlə bağlı dərmanlar daxildir.
Moradiyan sonra söyləyib: Bu modul tipli xəstəxana dəyişkənlik xüsusiyyətilə son partlayışda zərər çəkmiş şəxslərə potensial formada səhiyyə, klinik və cərrahiyyə xidmətləri göstərmək qabiliyyətinə malikdir.
İran ilk ölkədir ki, təcili dərman və qida yardımları göndərməyə hazır olduğunu bildirəndən sonra Livana 37 nəfərlik bir tibb qrupu göndərdi. Bu qrupa ümumi mütəxəssislər, ortopedlər, anestezioloqlar və əməliyyat otağının mütəxəssisləri, pediatrlar, nevroloqlar, şəfqət işçiləri və modul tipli xəstəxanaların mütəxəssisləri daxildirlər.