Məhəmməd Cavad Zərif:
"Bütün variantlar masa üzərindədir" ifadəsi ABŞ xalqına qarşı istifadə olunur
İranın xarici işlər naziri ABŞ-da etirazçıların repressiya edilməsinə münasibət bildirərkən deyib: "Bütün variantlar masa üzərindədir" ifadəsi hazırda ABŞ xalqına qarşı istifadə olunur.
Səhər Azəri bildirir ki, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin başçısı bu gün Portland şəhərindəki etiraz aksiyalarına reaksiyada, deyib: "Portland şəhərində keçirilən iğtişaşların yatırılması üçün bütün variantlar masa üzərindədir".
Məhəmməd Cavad Zərif bu sözlərə münasibət bildirib və öz Tvitter səhifəsində yazıb: "Qədimdən bəri "Bütün variantlar masa üzərindədir" ABŞ-ın xarici siyasətinin əsaslarından biri olubdur və hazırda Tramp rejimi bu təhdiddən amerikalılara qarşı istifadə edir".
ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin başçısı bu sözləri elə bir halda irəli sürür ki, bu gün ABŞ KİV-ləri Portland şəhəri aksiyaları gedişatında bir nəfərin ölümündən xəbər veriblər.