General Qaaninin yaralanması iddiası təkzib edilib
Sen 02, 2020 14:24 Asia/Baku
İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı İsmail Qəaninin Suriyada yaralanması xəbəri təkzib edilib.
SəhərAzəri xəbər verir ki, İran mətbuatı Sepah generalı İsmail Qaaninin son günlərdəki videosunu yayımlayaraq, onun Suriyada sionist rejimin hava zərbələri nəticəsində yaralanması iddiasını təkzib ediblər.
Məlumatda bildirilib ki, İsmail Qəani Aşura günündə vaxtilə İraqda şəhid olmuş silahdaşlarının birinin evinə baş çəkib və ailəsinə yaxından baş sağlığı verib.
Qeyd edək ki, sionist rejimin cari ayın 31-də Dəməşqin cənubuna hava zərbələri nəticəsində iki hərbçi şəhid olmuş və yeddisi yaralanmışdı. Bundan sonra bir sıra ərəb mənbələri İsmail Qəaninin bu hava zərbələrində yaralandığını iddia etmişdilər.