Sen 05, 2020 13:00 Asia/Baku
  • London: İrana olan borcumuzu qaytarmağa çalışırıq

Rəsmi London uzun illər inkarın ardınca, sonda İrana borclu olduğunu etiraf etdi.

Səhər Azəri bildirir ki, İngiltərə hökuməti ilk dəfə olaraq İrana borclu olduğunu etiraf edib və borcunu geri ödəməklə, İranda həbsdə olan iki agentinin azadlığa buraxılmasını təmin etməyə çalışdığını bildirib. 

İngiltərənin müdafiə naziri Ben Valas İranda həbsdə olan İngiltərə vətəndaşlarının vəkillərinə hökumətin İrana olan borcunu ödəmək üçün münasib yollar axtardığını deyib. 

Ben Valas İngiltərə hökumətinin İrana borclu olduğunu qəbul etdiyini və bu borcun qanuni yolla ödənilməli olduğuna inandığını deyib. 

İngiltərə hökuməti Pəhləvi rejimi dönəmində tank satışı ilə bağlı məsələyə görə, İrana 400 milyon funt (təqribən 1.95 milyon dollar) borcludur. İranda İslam İnqilabının qələbə çalmasından sonra İngiltərə hökuməti tankları İrana təhvil verməkdən imtina və müqaviləni ləğv etdi. Rəsmi Tehran bunun müqabilində ödənilən pulun geri qaytarılmasını istəsə də, İngiltərə hökuməti uzun illər belə bir borcun olmadığını iddia edib. 

İranda İslam İnqilabının qələbə çalmasına kimi İngiltərə Tehrana sadəcə 185 tank təhvil vermişdi. 

Teqlər