İranda 353 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
İranın səhiyyə nazirliyi ölkədə 353 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.
SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda iki min 815 yeni COVID-19 xəstəsi aşkar edilib. 1,628 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.
İranda koronavirusa yoluxanların ümumi sayının 413 min 149 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 176 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 23 min 808 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 353 min 848 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdı.