Sen 24, 2020 15:26 Asia/Baku
  • Böyük Rəhbərin Müqəddəs Müdafiə həftəsinin şəhidlər və fədakarların anım günü münasibəti ilə müraciəti

İslam İnqilabının Böyük Rəhbəri Müqəddəs Müdafiə həftəsinin şəhidlər və fədakarların anım günü münasibətilə müraciət qəbul etmişlər.

SəhərAzəri xəbər verir, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahulüzma Xamenei bu müraciətdə buyurublar: "Zamanın keçməsi əziz şəhidlərin yad və xatirəsini İran xalqının yaddaşından silə bilmədi və heç vaxt da silə bilməyəcək".

Müraciətdə deyilir: "Bu parlaq lövhə həmişə şəhadət və şəhidlərin adı və xatirəsi ilə zinət veriləcək və bu tarixi xəzinə həmişə bizim nəsillərə ülvi hədəflərə doğru möhkəm və dayanıqlı addımlamaq və dünyanın vəsvəsəçi şeytanlarının düşmənçiliyindən qorxmamaq üçün ümid, himmət və cəsarət bəxş edəcək.

Həzrət Ayətullaulüzma Xamenei bu müraciətdə, həmçinin əlavə ediblər: "İnşallah haq və ədalət cəbhəsi bu ilahi güc və düzülüşlə böyük uğurlara nail olacaq.

 

Teqlər