Koronavirus ilə Mübarizə Qərargahının iclasında
Həsən Ruhani: Ağ Evdə heç vaxt bu günkü qədər vəhşi insanlar olmayıb!
"Bütün problemlərin kökündə ABŞ dayanır"
Səhər Azəri bildirir ki, bu fikirləri İran İslam Respublikası prezidenti Həsən Ruhani Koronavirus ilə Mübarizə Qərargahının iclasına səsləndirib.
Prezident Həsən Ruhani ABŞ-ın ötən iki ildə qeyri-qanuni, anti-humanist və yersiz sanksiyalar habelə, terror əməliyyatları ilə İrana 150 milyard dollardan çox zərər vurduğunu deyib: "Hətta, dərman preparatları və ərzaq məhsullarının idxal edilməsinə belə icazə vermirlər. Heç bir zaman Ağ Evdə onlar qədər vəhşi insanların şahidi olmamışdıq.
Tarixin ən böyük vəhşiliyini törədiblər. ABŞ-ın dövlət katibi adlandırılan, əslində cinayət katibi olan şəxs isə bununla fəxr edir və cari ildə İranın 70 milyad dollar vəsaitinin önünü kəsdiyini deyir. Yəni İran xalqına vurduğu zərər və ziyanla öyünür.
Bir zamanlar haqq söz dediyimiz zaman 2-3 ölkə bizi dəstəkləyərdi. Bu gün isə ABŞ-ı sadəcə 2-3 ölkə dəstəkləyir və təqribən 185 ölkə bizi himayə edir. BMT-də edilən çıxışların bir neçəsi istisna olmaqla hamı bizi dəstəkləyir, nüvə anlaşmasını dəstəkləyir və ABŞ-ın hərəkətinin yanlış olduğunu deyir.
Şübhəsiz ABŞ hökuməti bir gün təslim olacaq və İran xalqı qarşısında diz çökəcək. 40 il öncə Abadanın mühasirəsini yardığı kimi, xalqımız bu mühasirəni də yaracaq. Və heç şübhəsiz biz bu məsələnin öhdəsindən gələcəyik."