İraq hökuməti Ərbəin mərasimində 1500 iranlı zəvvarı qəbul etməyə hazır olduğunu bildirib
İranın Hüseyn Ərbəini Mərkəzi Qərargahının katibi İraq hökumətinin Ərbəin mərasimində 1500 iranlı zəvvarı qəbul etməyə hazır olduğunu bildirib.
SəhərAzəri xəbər verir, Hoseyn Zolfəqari dünən deyib ki, İraq hökuməti Hüseyn Ərbəini günlərində hər çadırda on nəfər olmaqla 250 iranlı çadırını, həmçinin 1500 İran vətəndaşını qəbul etməyə hazır olduğunu bildirib.
Zolfəqari İran İslam Respublikasının Koronavirusla Milli Mübarizə Qərargahının COVID-19 pandemiyasına görə, iranlı zəvvarların İraqa göndərilməsi ilə müxalif olmasına toxunaraq, qeyd edib ki, bir qrup meriya işçisi və jurnalist xidmətlər göstərmək, habelə xəbər və reportaj hazırlamaq üçün İraqa göndəriləcək.
Oktyabrın səkkizi- səfər ayının iyirmisi, İmam Hüseyn(ə)-ın və onun sadiq köməkçilərinin Kərbəla çölündə şəhadətinin qırxı günü- Ərbəin günüdür.
İraqlı mənbələrin rəsmi statistikalarına görə, ötən il/ dünyada ən böyük illik dini toplantı olan İmam Hüseyn(ə) yürüşündə on səkkiz milyon nəfərdən çox zəvvar iştirak edibdir.