Okt 09, 2020 20:58 Asia/Baku
  • Amerikanlar İran xalqının müqavimətini qıra bilməzlər

İran prezidenti deyib ki, Amerikanın dərmanın təmini istiqamətində maneə və problem yaratmaq üzrə cəhdi İran xalqının müqavimətini qıra bilməz.

SəhərAzəri xəbər verir, Həsən Ruhani İranın Mərkəzi Bankının rəisi Əbdulnasir Hemməti ilə Amerika hökumətinin anti-İran səyləri barədəki söhbətində söyləyib: Amerika hökuməti yanlış bir analiz çərçivəsində bu inamda idi ki, bu sanksiyalar xalqın müqavimətini qıracaq. Amma zaman göstərdi ki, bu analiz faydasız olubdur.

Prezident bildirib ki, Amerika hər dəfə strateji xətaları təkrar etməklə uğursuzluğa düçar olur. Onun yeni nümunəsi, tətik mexanizmini fəallaşdırmaq üzrə səy idi. O, deyib: Bütün ölkələr görürlər ki, Amerikanın bu hərəkətləri beynəlxalq qayda-qanunlara tamamilə ziddir və koronavirus şəraitində də Vaşinqtonun bu hərəkətləri tamamilə bəşəriyyətə ziddir və beynəlxalq arenada insan hüquqları iddiaçıları onu pisləməlidirlər.

Teqlər