İranın şimal-qərbinə 70-dən çox raket düşüb
İranın Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Qarabağ savaşında döyüşən tərəflərin 71 raketinin Xudafərin sərhəd rayonuna düşdüyünü bildirib.
SəhərAzəri xəbər verir, Əlyar Rastqu dünən vuğulayıb ki, raketlərin Xudafərin rayonunun bir neçə kəndinə düşməsi xoşbəxtlikdən, indiyədək insan və maliyyə xəsarətləri törətməyibdir.
Rastgu bildirib ki, Qarabağda savaşın başlandığı zamandan bəri döyüşən tərəflərin bütövlükdə 239 raketi İranın sərhəd bölgələrinə düşüb. O, qeyd edib ki, təkcə dünən Xudafərin rayonuna 71 raket düşübdür.
İranın Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini vurğulayıb ki, İranın sərhəd qüvvələri tərəfindən qanuni addımlar atılıb və Qarabağ savaşında döyüşən tərəflərə bu kimi hadisələrin baş verməsinin qarşısını almaq üçün ciddi xəbərdarlıq edilibdir.