Hörmüz boğazı tamamilə bizim nəzarətimizdədir
https://azeri.sahartv.ir/news/İran-i423304-hörmüz_boğazı_tamamilə_bizim_nəzarətimizdədir
İran Ordusunun Baş Qərargah rəisi və koordinasiya məsələləri üzrə komandan müavini kontr-admiral Həbibullah Səyyari bildirib ki, Hörmüz boğazı, Fars körfəzi və Hind okeanının şimalı SEPAH-ın və İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin tam nəzarəti altındadır və təcavüzkarların keçməsinə icazə verilməyəcək.
(last modified 2026-09-28T12:28:57+00:00 )
Sen 28, 2026 16:24 Asia/Baku
  •  Hörmüz boğazı tamamilə bizim nəzarətimizdədir

İran Ordusunun Baş Qərargah rəisi və koordinasiya məsələləri üzrə komandan müavini kontr-admiral Həbibullah Səyyari bildirib ki, Hörmüz boğazı, Fars körfəzi və Hind okeanının şimalı SEPAH-ın və İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin tam nəzarəti altındadır və təcavüzkarların keçməsinə icazə verilməyəcək.

İran Ordusunun Baş Qərargah rəisi və koordinasiya məsələləri üzrə komandan müavini kontr-admiral Həbibullah Səyyari deyib: "Hörmüz boğazının qərb hissəsi, boğazın özü və Fars körfəzi İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin tam nəzarəti altındadır. Boğazın şərq hissəsi və Hind okeanının şimalı isə İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin tam nəzarətindədir".Kontr-admiral Səyyari qeyd edib: "Biz Oman dənizinin şimalında və Hörmüz boğazının şərqində güclü şəkildə fəaliyyət göstəririk və heç kimin oradan keçməsinə icazə vermirik. Digər tərəfdən, İslam İnqilabı Keşikçiləri Korpusundakı qardaşlarımız da mövqelərini qətiyyətlə qoruyurlar".O, əlavə edib: "Düşmənin bütün ritorikasına baxmayaraq, reallıq budur ki, Hörmüz boğazı İran İslam Respublikasının Silahlı Qüvvələrinin tam nəzarəti və hakimiyyəti altındadır.