İran düşmənin arzuladığı dövrə bir daha qayıtmayacaq
https://azeri.sahartv.ir/news/İran-i423312-İran_düşmənin_arzuladığı_dövrə_bir_daha_qayıtmayacaq
İslam İnqilabının Ali Rəhbəri, birinci məcburi müharibənin başladığı günlərin və İran xalqının səkkiz illik müdafiəsinin əzəmətli və unudulmaz günlərinin ildönümü münasibətilə yaydığı müraciətdə vurğulayıb: "Mən əziz İran xalqının xidmətçisi kimi elan edirəm ki, düşmənin geri qayıtmasını arzuladığı o keçmiş günlər artıq geridə qalıb və bir daha təkrarlanmayacaq".
(last modified 2026-09-28T15:07:11+00:00 )
Sen 28, 2026 17:58 Asia/Baku
  •  İran düşmənin arzuladığı dövrə bir daha qayıtmayacaq

İslam İnqilabının Ali Rəhbəri, birinci məcburi müharibənin başladığı günlərin və İran xalqının səkkiz illik müdafiəsinin əzəmətli və unudulmaz günlərinin ildönümü münasibətilə yaydığı müraciətdə vurğulayıb: "Mən əziz İran xalqının xidmətçisi kimi elan edirəm ki, düşmənin geri qayıtmasını arzuladığı o keçmiş günlər artıq geridə qalıb və bir daha təkrarlanmayacaq".

İslam İnqilabının Ali Rəhbəri və İran Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneyi müraciətində hegemon qüvvələrin İnqilabın ilk onilliyində müharibə tətbiq etməklə İranı gerilik, zillət və alçalma, asılılıq və bədnamlıq dövrünə qaytarmaq cəhdlərinə toxunaraq vurğulayıb: Genişmiqyaslı cəhdlərə baxmayaraq, İslam quruluşu əvvəlkindən daha yetkin və daha güclü, daha gur səslə və daha yüksək uçuşla Simurq kimi yenidən ayağa qalxdı. Bu xüsusiyyət düşmən tərəfindən yaradılmış sonrakı hadisələrdə də özünü göstərib və hazırda həmin Simurq, xüsusilə də son iki məcburi müharibənin yaratdığı təzyiqlər nəticəsində o qədər böyüyüb ki, onun uçuşunun kölgəsi hətta düşmən torpaqlarının üzərinə də düşüb. İslam İnqilabının Ali Rəhbəri, həmçinin ərəb dünyasının qəhrəman əmiri və Müqavimət Cəbhəsinin böyük simvolu Seyid Həsən Nəsrullanın şəhadətinin ikinci ildönümünü yad edərək, Hizbullahın baş katibi Şeyx Nəim Qasimin və Hizbullah döyüşçülərinin Aşura ruhlu müqavimət və mücahidətlərini yüksək qiymətləndirib və qeyd edib: "Livanın bu günləri bütün müqavimət mücahidləri üçün əlamətdar və qürurverici günlər, sionist düşmənin qarşısında hegemon qüvvələrin və öz bədxahlarının yalan vədlərinə ümid bağlayanlar üçün isə zillət dolu və nəhayət, başıaşağılıq günləridir. Ali Rəhbər əlavə edib: “İlahi hesablamalara görə, İran dünyanın birinci gücüdür. Onların ölkəmizi qaytarmaq istədikləri o günlər; gerilik, zillət, alçalma, asılılıq və İranın İslam dünyasında bədnam olduğu günlər idi. Lakin bu gün olduğumuz günlər isə tərəqqi, izzət, müstəqillik və İslam dünyasında, hətta bütün dünyada ən yüksək nüfuzun olduğu günlərdir. Bu gün bəziləri bizi dünyanın dördüncü super gücü hesab edirlər. Əlbəttə, onlar bunu dünyəvi hesablamalar əsasında deyirlər; lakin ilahi hesablamalara görə, özünü paklıq əhli-beytinə mənsub bilən, xalqının böyük hissəsi həmin uca şəxsiyyətlərə bağlı olan və haqqın bərqərar etməkdən qorxmayan ölkə dünyanın birinci gücüdür."Ali Rəhbəri davamında buyurub: "Elə günlər olub ki, İranın cənubundakı iki dəniz düşmən qüvvələrinin at oynatdığı ərazi olub, lakin bu gün onlar, İranın şücaətli döyüşçülərindən və Hörmüz boğazının mühafizəçilərindən aldıqları ağır zərbələr səbəbindən Ərəb dənizindən irəli gəlməyə cəsarət etmirlər. Düşmən hər dəfə belə bir reski gözə aldıqda özü zərər görüb və çox keçmədən Ərəb dənizi də özünü onlardan təmizləyəcək. O Həzrət, həmçinin qeyd edib ki, elə günlər olub ki, hegemon güclər psixoloji əməliyyatlar və qorxu mühiti yaratmaqla paytaxt küçələrini boşaldıb, bu xalqın müstəqillik istəyinə qarşı çevriliş həyata keçirib və bundan sonra 25 il ərzində ölkənin sərvətlərini talan ediblər. Lakin bu gün artıq yeddi aydır ki, ölkənin müxtəlif şəhərlərində soydaşlarımız meydan və küçələri öz məsuliyyətli və coşqulu iştirakları ilə bəzəyir, bununla da İslam döyüşçülərinin ruh yüksəkliyini artırır və düşməni qorxuya salırlar. Eyni zamanda, 30 milyondan çox iranlı vətən uğrunda canını fəda etməyə hazır olduğunu bəyan edib. Bu insanlara, yenidən təşkilatlanma məqsədilə iştiraklarını təsdiqləmələri üçün təkrar müraciət edildikdə isə, yalnız ilk 100 dəqiqə ərzində 500 mindən çox insan tələb olunan yerləri doldurub. Ali Lider vurğulayıb ki, hazırda müxtəlif etnik qruplara zinət verilmiş İranın bütün bölgələrində müxtəlif formalarda, xüsusilə də silahlı şəkildə müdafiəyə hazırlıq barədə çoxsaylı bəyanatlar verilir. Məqsəd isə, onların adını şərəfləndirəcək, düşmənə isə rüsvayçılıq gətirəcək bir mübarizə meydanının qurulmasıdır.