Əraqçi:
Hörmüz boğazının açılması ilə bağlı şərtlərimizdən geri çəkilməyəcəyik
İran xarici işlər naziri bildirib ki, İran İslam Respublikasının Hörmüz boğazının açılması və danışıqların irəliləməsi ilə bağlı şərtləri bütün diplomatik görüşlərdə irəli sürülüb və müzakirə edilib.
İran Xarici işlər naziri Seyid Abbas Əraqçi BMT Baş Assambleyası çərçivəsində jurnalistlərə verdiyi açıqlamada bildirib ki, İranın builki sessiyada iştirakı çox səmərəli və dinamik olub. O qeyd edib ki, prezident bir sıra mühüm görüşlər və müsahibələrlə yanaşı, Baş Assambleyada mühüm çıxış da edib.Əraqçi özünün də müxtəlif rəsmilər və tərəflərlə çoxsaylı görüşlər keçirdiyini qeyd edib və bildirib ki, bütün bu görüşlərdə əsas məqsəd İranın Hörmüz boğazının yenidən açılması və danışıqların irəli aparılması ilə bağlı şərtlərini aydınlaşdırmaq olub.Əraqçi vurğulayıb ki, bu şərtlər İran Ali Milli Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilib və İran Xarici İşlər Nazirliyi onları izah etmək və müdafiə etmək vəzifəsi daşıyır. O bildirib ki, İranın şərtləri vasitəçilərlə görüşlər zamanı da tam şəkildə çatdırılıb və izah edilib. Vasitəçilər isə öz növbələrində bu şərtləri ABŞ tərəfinə çatdırıblar.