Trampın müharibə siyasəti ABŞ xalqının yaşayış xərclərini artırıb
https://azeri.sahartv.ir/news/dünya-i423308-trampın_müharibə_siyasəti_abŞ_xalqının_yaşayış_xərclərini_artırıb
ABŞ-nin Arizona ştatından olan demokrat senator Mark Kelli Tramp administrasiyasının siyasətlərini tənqid edərək, bildirib: “Müharibə və tətbiq edilən gömrük rüsumları ABŞ vətəndaşlarının yaşayış xərclərini artırıb və onların üzərindəki iqtisadi təzyiqi daha da ağırlaşdırıb”.
(last modified 2026-09-28T13:26:03+00:00 )
Sen 28, 2026 17:22 Asia/Baku
  • Trampın müharibə siyasəti ABŞ xalqının yaşayış xərclərini artırıb

ABŞ-nin Arizona ştatından olan demokrat senator Mark Kelli Tramp administrasiyasının siyasətlərini tənqid edərək, bildirib: “Müharibə və tətbiq edilən gömrük rüsumları ABŞ vətəndaşlarının yaşayış xərclərini artırıb və onların üzərindəki iqtisadi təzyiqi daha da ağırlaşdırıb”.

Kelli deyib: “Trampın başlatdığı müharibə və tətbiq etdiyi tariflər və ABŞ Konqresindəki respublikaçıların buna yol açması həqiqətən də amerikalıları öldürür. İnsanlar artıq gündəlik yaşayış xərclərini qarşılaya bilmirlər. Bir insan övladını doyurmaqda çətinlik çəkirsə, artıq başqa heç bir şeyin əhəmiyyəti qalmır”.ABŞ senatoru əlavə edib: “Tramp bizi xərcləri artıran və ABŞ hərbçilərinin həyatına son qoyan müharibəyə sürükləyib və hazırda 800-dən çox hərbçi də yaralanıb.O, mövcud vəziyyəti «fəlakət» adlandırıb və bildirib ki, ABŞ xalqı bu müharibədən heç bir fayda əldə etməyib.