ABŞ rəsmiləri İrana qarşı ittihamlarını bir daha təkrarlayıblar
https://azeri.sahartv.ir/news/İran-i368733-abŞ_rəsmiləri_İrana_qarşı_ittihamlarını_bir_daha_təkrarlayıblar
ABŞ Dövlət Departamentinin sözçüsü ABŞ rəsmilərinin İrana qarşı ittihamlarını bir daha təkrarlayaraq, Vaşinqtonun Əhatəli Müştərək Təşəbbüss Proqramına geri dönməyəcəyini bildirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 22, 2020 14:51 Asia/Baku
  • ABŞ rəsmiləri İrana qarşı ittihamlarını bir daha təkrarlayıblar

ABŞ Dövlət Departamentinin sözçüsü ABŞ rəsmilərinin İrana qarşı ittihamlarını bir daha təkrarlayaraq, Vaşinqtonun Əhatəli Müştərək Təşəbbüss Proqramına geri dönməyəcəyini bildirib.

SəhərAzəri xəbər verir, ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Orteqas "Fox News"a verdiyi müsahibədə, İran İslam Respublikasına qarşı ittihamlarını təkrarlayaraq, ABŞ rəsmilərinin İranla yenidən danışıqlar aparmaq istədiyini, Lakin Əhatəli Müştərək Təşəbbüs Proqramına geri dönməyəcəyini söyləyib.

Orteqas iddia edib ki, Donald Tramp və Pompeo İranla yeni və daha yaxşı bir müqavilə ardıncadırlar.

ABŞ diplomatı, həmçinin Əhatəli Müştərək Təşəbbüs Proqramının yaxşı bir anlaşma olmadığını və İranın nüvə silahına sahib olma yolunu açdığını iddia edib.

Morqan Orteqas bu sözləri elə bir halda irəli sürür ki, Beynəlxalq Atom Enerjisi Agentliyi öz hesabatlarında dəfələrlə İranın nüvə proqramının sülhməramlı olduğunu təsdiq edib.

Donald Trump 2018-ci ildə , İranın nüvə razılaşmasına tam sadiqliyinə rəğmən, birtərəfli qaydada İranla nüvə anlaşmasından çıxdı və ABŞ-ın bu anlaşmada iştirakının sona çatdığını rəsmən elan etdi.

ABŞ prezidenti o zamandan bəri İranı təcrid etmək və onu Vaşinqtonla yeni bir razılaşma əldə etməyə vadar etmək üçün İslam Respublikasına qarşı müxtəlif sanksiyalar tətbiq edib.

Bununla belə, rəsmi Tehran Əhatəli Müştərək Təşəbbüs Proqramının müzakirə olunası olmadığını və təzyiq və sanksiya siyasəti altında heç vaxt Vaşinqtonla danışıqlara getməyəcəyini dəfələrlə vurğulayıb.