Okt 27, 2020 20:30 Asia/Baku
  • İranda koronadan sağalanların sayı 463 mini keçdi

İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə alti min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 346 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.

Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda alti min 968 yeni COVID-19 xəstəsi aşkar edilib. 2 495 nəfər xəstəxanaya yerləşdirilib.

İranda koronavirusa yoluxanların ümumi sayının 581 min 824 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 346 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 33 min 299 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 463 min 611 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər