Noy 02, 2020 15:43 Asia/Baku
  • Xətibzadə:

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi, xarici işlər nazirinin İranın şimal sərhədləri yaxınlığında terrorçuların mövcudluğu ilə bağlı xəbərdarlığına toxunaraq, deyib: "İran bu haqda heç kəsə güzəştə getməyəcək".

SəhərAzəri xəbər verir, İranın diplomatiya aparatının sözçüsü İRNA-nın Məhəmməd Cavad zərifin dünənki xəbərdarlığı və Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı regional səfəri zamanı bu məsələnin Seyid Abba İraqçı tərəfindən qaldırılması barədə sualına cavab olaraq, deyib: "Bu məsələ təkcə Bakı və İrəvan deyil, digər paytaxtların da diqqətinə çatdırılıb. Bu ciddi bir narahatlıqdır və bu haqda ciddi şəkildə söhbət etmişik. Bununla bağlı iddialar təkzib edilib, Lakin narahatlıqlarımız qalmaqdadır və bu haqda kimsə ilə zarafat etmirik və güzəştə getməyəcəyik və məlumatların yalan olmasına ümid edirik".

İranın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı bütün iddiaları rədd edən Xatibzadə deyib: "Tarix göstərib ki, hansı ölkə digər ölkələrin daxili işlərinə müdaxilə edərək çevriliş yolu ilə dövlət başçılarını dəyişdirib və kəşfiyyat qüvvələrini başqa ölkələrə göndəribdir".

 

Teqlər