Noy 29, 2020 20:24 Asia/Baku
  • Sionist rejim şəhid Fəxrizadənin terrorunun əvəzini ödəcəyək

İran İslam Şurası Məclisinin üzvləri vurğulayıblar ki, qatil sionist rejimin şəhid Mohsen Fəxrizadənin terrorunda əlinin olması tamamilə aşkardır.

SəhərAzəri xəbər verir, onlar bildiriblər ki, sionist rejim amilləri mütləq şəkildə bu vəhşiliyin əvəzini biabırçı şəkildə ödəyəcəklər.

İran İslam Şurası Məclisinin üzvləri bu gün bir bəyanatda qeyd ediblər ki, İranın müdafiə və nüvə alimi doktor Mohsen Fəxrizadənin terror edilməsi üzrə kədərli faciə bütün İran xalqını hüznlü edibdir.

Bəyanatda sonra deyilir: Sionist rejim amilləri nüvə biliyinin uzun müddətdir İranda yerliləşdirildiyi və minlərlə istedadlı gənc alimin zehni və ürəyində qaldığını dərk etməsələr də özlərinin bu vəhşiliklərinin əvəzini biabırçı şəkildə ödəyəcəklər.

İran İslam Şurası Məclisinin üzvləri həmçinin bu bəyanatda Atom Enerjisi üzə Beynəlxalq Agentliyin misli görünməmiş təftiş rejimlərinin davam etməsinin qarşısının alınması və əlavə protokolun könüllü şəkildə icra olunmasına son qoyulması yolu ilə ölkənion nüvə sənayesinin bərpa edilməsi vacibliyinə təkid ediblər.

Teqlər