İran vaksini indiyədək heç bir mənfi reaksiya doğurmayıb
Dek 30, 2020 19:24 Asia/Baku
İran səhiyyə nazirinin müavini deyib ki, ötən 24 saat ərzində İran məhsulu olan anti-koronavirus vaksini vurulmuş şəxslərdə heç bir mənfi əlamət müşahidə olunmayıbdır.
SəhərAzəri xəbər verir, Əlireza Rəisi bu gün İran-Press informasiya agentliyi ilə müsahibədə koronavirusa qarşı İran peyvəndinin istehsal edilməsinin önəmi və üzərlərində test olunmuş şəxslərin bu vaksinə reaksiyası ilə bağlı bildiribdir ki, ikinci test on dörd gündən sonra həyata keçiriləcək.
İran səhiyyə nazirinin müavini deyib: Koronavirusa qarşı İran peyvəndi testinin üçüncü etapı 28 gündən sonra reallaşacaq və inyeksiyadan alınan nəticələr müsbət olarsa, bu vaksin gələn yaz fəslində iri həcmdə istehsal ediləcəkdir.